“Şaxtyor”un çempionluğu əlindən alındı

“Şaxtyor”un çempionluğu əlindən alındı
İdman
Oxunma sayı: 6 708
Belarus Futbol Federasiyası son ölkə çempionu “Şaxtyor”u cəzalandırıb.
Nizam-İntizam Komitəsi Soliqorsk təmsilçisinin çempionluğunun və qızıl medalların alınmasına dair qərar çıxarıb.
Buna oyun alqı-satqısı şübhələrinin təsdiqi və digər komandaların maddi həvəsləndirilməsi, stimullaşdırması səbəb olub. Soliqorsk klubu çempionatda -30 xalla çıxış edəcək. Gələn mövsümə isə -20 xalla başlayacaq.
“Energetik” və “Belşina” klubları da analoji cəzaya məruz qalıblar. Bununla da BATE çempion, Minsk “Dinamo”su gümüş, “İsloç” isə bürünc medala sahib çıxıblar.