Boksçumuz dünya çempionatının finalına yüksəldi

Boksçumuz dünya çempionatının finalına yüksəldi
İdman
Oxunma sayı: 7 491
Azərbaycan millisinin boksçusu Alfonso Dominqes Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında finala yüksəlib.
Çempionatda 86 kiloqram çəki dərəcəsində rinqə çıxan Olimpiya mükafatçısı yarımfinalda Georgi Kuşitaşvili (Gürcüstan) ilə qarşılaşıb. O, hər 3 raundu xeyrinə bitirib.
Təmsilçimiz yekunda rəqibini 5:0 hesabı ilə məğlub edib. Dünya çempionumuz final döyüşünə mayın 14-də çıxacaq.