Güləşçimiz Avropa çempionu oldu

Güləşçimiz Avropa çempionu oldu
İdman / Yuxarı manşet
Oxunma sayı: 430
Azərbaycan yunan-Roma güləşçisi Sənan Süleymanov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatının qalibi olub.
"Qafqazinfo" xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda macarıstanlı Zotlan Levaiyə qalib gəlib. Bununla da S.Süleymanov karyerasında ilk dəfə Avropa çempionu olub.
Qeyd edək ki, daha əvvəl Eldəniz Əzizli 55 kq çəkidə bürünc medala sahib olub.