Mbappe "Real Madrid"ə keçir

Mbappe "Real Madrid"ə keçir
İdman
Oxunma sayı: 6 628
Fransa çempionu PSJ-nin 24 yaşlı fransalı hücumçusu Kilian Mbappe karyerasını "Real Madrid"də davam etdirmək qərarına gəlib. 

Bu barədə "El Debate" məlumat yayıb. 

Yanvarda futbolçu Kral Klubu ilə ilkin müqavilə imzalamalıdır.

"Mbappe bu dəfə verdiyi sözə sadiq qalmasa, "Real" daha onu almaq üçün səy göstərməyəcək", - deyə məlumatda qeyd olunur. 

Mbappenin PSJ ilə müqaviləsi 2024-cü ilin iyununa qədər nəzərdə tutulub.