Hakimi vuran sabiq klub prezidenti 10 il azadlıqdan məhrum edilə bilər

Hakimi vuran sabiq klub prezidenti 10 il azadlıqdan məhrum edilə bilər
İdman
Oxunma sayı: 1 137
Türkiyənin "Ankaragücü" klubunun sabiq prezidenti Faruk Koca 10 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Yerli mətbuat xəbər verir ki, buna funksionerin baş hakim Halil Umut Meleri yumruqla vurması səbəb olub.

Referinin yanaq sümüyü sındığı üçün Faruk Koca "qəsdən yaralama"da ittiham olunacaq. Qanun bu cinayətə görə 1 ildən 3 ilədək həbs cəzası nəzərdə tutur. Lakin həmin hərəkət vəzifə başında olduğu vaxt törədildiyindən və hakimin üzündə sınıqların əmələ gəlməsindən dolayı cəzalar iki dəfə artırılacaq.

Bundan əlavə, "idmanda zorakılığın və nizam-intizamın qarşısının alınması haqqında" qanuna əsasən, idman arenalarında qəsdən xəsarət yetirilməsinə görə də cəza nəzərdə tutulur.

Beləliklə, sabiq klub prezidenti 3 il 4 ay 15 gündən 10 il 3 ayadək həbs cəzası ala bilər.

Qeyd edək ki, Superliqanın XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq baş hakim Halil Umut Meleri yumruqla vurub.