“Qarabağ”ın Avroliqadakı ilk 6 potensial rəqibi

“Qarabağ”ın Avroliqadakı ilk 6 potensial rəqibi
İdman
Oxunma sayı: 1 215
Çempionlar Liqasından Avropa Liqasına düşən 6 komanda müəyyənləşib.

Öz qruplarında 3-cü yeri tutan “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa”, “Benfika” (hər ikisi Portuqaliya), "Feyenoord" (Niderland) və "Yanq Boyz" (İsveçrə) mübarizəni Avroliqanın pley-off (1/16 final) mərhələsində davam etdirəcəklər.

Həmin mərhələyə ÇL-dən qoşulacaq sonuncu 2 iştirakçı bugünkü qrup oyunlarından sonra bilinəcək. Belə ki, ÇL-də üçüncü yeri tutacaq son 2 komanda bu 5 klubdan biri olacaq: "Milan", "Nyukasl", PSJ, "Portu", "Şaxtyor".

Qeyd edək ki, onların “pley-off”da rəqibləri AL-də öz qruplarında 2-ci yeri tutan komandalar olacaq. Potensial rəqiblər sırasında Azərbaycan təmsilçisi “Qarabağ” da var. Ağdam təmsilçisi sabah “Hekken”ə (İsveç) qarşı AL-də qrupun son oyununa çıxacaq.

Bakıda keçiriləcək görüş yerli vaxtla saat 21:45-də başlanacaq. Ağdam təmsilçisi qalib gələcəyi halda 1/16 finala vəsiqə qazanacaq. Bu isə Azərbaycan futbol tarixində bir ilk olacaq.