Çempionlar Liqasında qələbələrə görə “Real”da rekordçudur

Çempionlar Liqasında qələbələrə görə “Real”da rekordçudur
İdman
Oxunma sayı: 1 331
"Real"ın baş məşqçisi Karlo Ançelotti “Real”ın baş məşqçisi kimi Çempionlar Liqasında 42-ci qələbəsini qazanıb.

Xarici mediayanın xəbərinə görə, Madrid klubu Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda səfərdə "Union"a qalib gəlib (3:2).

İtaliyalı mütəxəssis Miqel Munosu qabaqlayaraq "Real"ın rekorduna imza atıb. Eyni zamanda, Ançelotti "Real"da 56, Munos isə 71 oyun keçirib.

C qrupunda 18 xalla “Real” birinci, 10 xalla “Napoli” ikinci, “Braqa” 4 xalla üçüncü, “Union” 2 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.