Millimiz FİFA reytinqində irəlilədi

Millimiz FİFA reytinqində irəlilədi
İdman
Oxunma sayı: 6 789
FİFA qadın futbolçulardan ibarət yığmaların yeni reytinq cədvəlini açıqlayıb.
Siyahıda Azərbaycan millisi mövqeyini yaxşılaşdırıb.
Millətlər Liqasında B divizionuna yüksələn Siyasət Əsgərovun komandası iki pillə irəliləyib. Hesabında 1305,48 xalı olan yığmamız 76-cı yerə yüksəlib.
Cədvələ İspaniya başçılıq edir. Onlar 2066,5 əmsala malikdirlər. İkinci yerdə ABŞ (2045,12) qərarlaşdığı halda, “üçlüy”ü Fransa (2021,69) qapayır.