“Neftçi”dən ayrılan futbolçu Rumıniya klubuna keçə bilər

“Neftçi”dən ayrılan futbolçu Rumıniya klubuna keçə bilər
İdman
Oxunma sayı: 1 244
“Neftçi”dən ayrılan Kenni Sayef Rumıniya klubu FKSB-yə keçə bilər.

“Prosport.ro” saytının məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi ilə danışıqlara start verilib.

FKSB-nin sahibi Cici Bekali israilli oyunçunun azad agent statusu almasından faydalanmaq istəyir. Sayef 700 min avro dəyərində qiymətləndirilir.

Qeyd edək ki, “Neftçi” dekabrın 14-də Kenni Sayeflə müqaviləyə xitam verildiyini açıqlayıb.