Oyunçuların hakimə qışqırması “Mançester Siti”yə baha başa gəldi

Oyunçuların hakimə qışqırması “Mançester Siti”yə baha başa gəldi
İdman
Oxunma sayı: 6 389
İngiltərə çempionu "Mançester Siti" Premyer Liqanın 14-cü turunda "Tottenhem"lə oyunda futbolçularının qeyri-idman davranışına görə 120 min funt-sterlinq cərimə olunub.

Xarici media bildirir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti xəbər verir.

Oyun 3:3 hesabı ilə başa çatıb. Oyunun son dəqiqələrində hakim qayda pozuntularını qeydə alaraq “Mançester Siti”nin hücumunu dayandırıb. “Mançester Siti”nin futbolçuları hakimi mühasirəyə alaraq ona qışqırıblar.