İtaliyanın "Napoli" klubu 65 ildən sonra antirekordunu təkrarlayıb. Neapol təmsilçisi 1958-ci ildən sonra ölkə kuboku matçında doğma meydanda 4 top fərqi ilə məğlub olub. Komanda ötən gün 1/8 finalda "Frozinone"yə uduzub - 0:4. "Napoli" 1958-ci ildə bu turnirdə "Latsio"ya eyni hesabla yenilmişdi. Qeyd edək ki, noyabrın ortalarında Valter Madzarri komandanın "sükanı arxasına" keçib. O, bu postda Rudi Qarsiyanı əvəzləyib.