Ronaldu ilə “Yuventus” arasındakı hüquqi mübahisə 2024-cü ildə də davam edəcək

Ronaldu ilə “Yuventus” arasındakı hüquqi mübahisə 2024-cü ildə də davam edəcək
İdman
Oxunma sayı: 6 790
Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu ilə İtaliyanın “Yuventus” klubu arasında 19,5 milyon avro dəyərində dondurulmuş maaşla bağlı hüquqi mübahisə 2024-cü ildə də davam edəcək.
2023-cü ilin iyununda Ronaldu COVID-19 pandemiyası zamanı yaranan ödənilməmiş maaşlara görə “Yuventus”u məhkəməyə verib. Dekabrın 20-də hər iki tərəf arqumentlərini təqdim etmək üçün məhkəməyə gəlib.
Arbitraj Məhkəməsinin gələn ilin aprelində hökm çıxaracağı və gələn ay başqa bir dinləmənin mümkün olacağı gözlənilir.
Xatırladaq ki, Ronaldu “Turin” komandasının ona ciddi məbləğdə borcu olduğunu iddia edir. Bununla belə, “Yuventus” israr edir ki, portuqaliyalı 2021-ci ilin avqustunda “Mançester Yunayted”ə gedərkən maaşından imtina edib.
Mənbə: championat.com