"Milan"ın baş məşqçisi qovula bilər

"Milan"ın baş məşqçisi qovula bilər
İdman
Oxunma sayı: 13 793
“Milan” rəhbərliyi İtaliya çempionatının 17-ci turunda “Salernitana” ilə oyununda (2:2) heç-heçəyə görə qəzəblənib və yaxın saatlarda “rossonerilər”in baş məşqçisi kimi Stefano Pioli barəsində qərar verəcək.
Bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Daniele Lonqo məlumat yayıb.
İtaliya A Seriyasının 17 turundan sonra Piolinin komandası 33 xal toplayıb və hazırda üçüncü yeri tutur. “Rossonerilər” birinci pillədəki “İnter”dən 8 xal geri qalır. İtaliya çempionatının son beş oyununda “Milan” üç qələbə qazanıb, bir dəfə heç-heçə edib, bir dəfə də uduzub.
Xatırladaq ki, Pioli 2019-cu ilin oktyabrından Milan komandasına rəhbərlik edir. 2021/2022 mövsümündə “Milan” İtaliya çempionu titulunu qazanıb.