"Yunayted" "Vest Hem"ə uduzdu

"Yunayted" "Vest Hem"ə uduzdu
İdman
Oxunma sayı: 14 102
İngiltərə Premyer Liqasının 18-ci turunda “Vest Hem” “Mançester Yunayted”lə qarşılaşıb.
Londondakı Olimpiya stadionundakı matç ev sahiblərinin qələbəsilə başa çatıb - 2:0.
İlk hissə qolsuz keçib. İkinci hissənin 72-ci dəqiqəsində Bouen hesabı açıb. Tezliklə, 78-ci dəqiqədə Məhəmməd Kudus fərqi artırıb - 2:0. Onun qolu bu görüşdə sonuncu olub.Bu matçın nəticəsindən sonra “Mançester
Yunayted” turnir cədvəlində səkkizinci pilləyə geriləyib. Komanda 18 görüşdən 28 xal toplayıb. “Vest Hem” eyni sayda oyundan 30 xalla 6-cı pilləyə yüksəlib.