Baş məşqçi avtobusa gecikdi: Romadan taksi ilə getdi

Baş məşqçi avtobusa gecikdi: Romadan taksi ilə getdi
İdman
Oxunma sayı: 1 764
"Napoli"nin baş məşqçisi Valter Mazzarri A Seriyasının 17-ci turunda "Roma" ilə oyundan sonra komanda avtobusuna gecikib. 

Bu barədə “La Republica” məlumat yayıb.

Mənbənin məlumatına görə, Mazzarri uzun müddət oyunsonrası müsahibəni gözləyib, nəticədə klub avtobusu onsuz Neapola yola düşüb. Nəticədə italyan mütəxəssis Romadan Neapol şəhərinə taksi ilə - 220 kilometrdən çox yol getməyə məcbur olub.
Qarşılaşmanın özü 2:0 hesabı ilə romalıların qələbəsi ilə yekunlaşıb.