PSJ braziliyalı müdafiəçini transfer edir

PSJ braziliyalı müdafiəçini transfer edir
İdman
Oxunma sayı: 6 667
Braziliyanın “San Paulu” klubunun futbolçusu Lukas Beraldo karyerasını Fransada davam etdirəcək.

Bu barədə insayder Fabrisio Romano “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, PSJ 20 yaşlı müdafiəçi ilə müqavilənin şərtlərini razılaşdırıb. Braziliyalı oyunçu 5 il Paris təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Lukas Beraldo 2020-ci ildən "San Paulu"da çıxış edir.