Messi “İnter Mayami”nin 7 oyununu buraxacaq

Messi “İnter Mayami”nin 7 oyununu buraxacaq
İdman
Oxunma sayı: 1 948
"İnter Mayami"nin hücumçusu Lionel Messi 2024-cü ildə MLS-in 7 matçını buraxacaq. 
Bu barədə "Diario Sport" məlumat yayıb. Futbolçu Argentina millisinin Amerika kubokunda iştirakı səbəbindən komandanın "De Siti Yunayted", "Nyu-York Red Buls", “Filadelfiya”, “Kolumbus Kru”, “Naşvill”, “Şarlotta” və “Cincinnati” ilə oyunlarında iştirak etməyəcək.
Turnir 2024-cü ilin yayında iyunun 20-dən iyulun 14-dək keçiriləcək. MLS FİFA ilə razılaşmadığından Amerika çempionatının oyunları eyni vaxtda baş tutacaq.
Yeni MLS mövsümü 21 fevral 2024-cü ildə başlayır.