Redon Cica “Qarabağ”dan ayrılmaq istəyir

Redon Cica “Qarabağ”dan ayrılmaq istəyir
İdman
Oxunma sayı: 1 394
Redon Cica “Qarabağ”dan ayrılmaq istəyir.

Buna səbəb albaniyalı hücumçunun oyun praktikasından əziyyət çəkməsidir.

Belə ki, Juninyo və Nəriman Axundzadənin kölgəsində qalan Cica daha çox oynamaq üçün başqa kluba icarəyə verilməsini istəyir.

Bunun üçün isə o, agentinin “Qarabağ”la danışmasını istəyib. Meneceri də Ağdam klubu ilə danışıq aparır ki, Cicanı ən azından altı aylıq başqa kluba icarəyə verməyə razı olsunlar.

Məlumata görə, Azərbaycan çempionu onunla yollarını ayırmaq niyyətində deyil. Ona görə də, hələ ki, məsələ açıq olaraq qalıb.

Qeyd edək ki, 25 yaşlı forvard 2023-cü ilin yanvarında “Tirana”dan “Qarabağ”a keçib. Onun Ağdam təmsilçisi ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.