Türkiyəli mütəxəssis "Borussiya"da baş məşqçinin köməkçisi təyin olunub

Türkiyəli mütəxəssis "Borussiya"da baş məşqçinin köməkçisi təyin olunub
İdman
Oxunma sayı: 7 282
Türkiyənin "Antalyaspor" komandasında baş məşqçi postundan ayrılan Nuri Şahin karyerasına Almaniyanın "Borussiya" (Dortmund) klubunda davam edəcək.

Dortmund təmsilçisinin rəsmi "X" hesabı xəbər verir ki, 35 yaşlı mütəxəssis almaniyalı Sven Benderlə birlikdə baş məşqçi Edin Terziçin köməkçisi olacaq.

Armin Reuterşahn öz istəyi ilə Bundesliqa klubu ilə vidalaşıb.

Qeyd edək ki, Nuri Şahin futbolçu olduğu dönəmdə 2005-2011 və 2014-2018-ci illərdə "Borussiya"nın formasını geyinib.