2 metr 31 sm boyu olan gəncin faciəvi həyatı

2 metr 31 sm boyu olan gəncin faciəvi həyatı
İdman
Oxunma sayı: 7 452
İtaliyanın "Stella Azzurra" komandasında çıxış edən 2 metr 31 sm boyu olan gənc basketbolçu lazımi əzələ kütləsinə çata bilmədiyi üçün basketbol karyerasını bitirməli olub.
Xarici mətbuat xəbər verir ki, boyu ilə bütün dünyanın diqqətini üzərinə çəkən və bir müddət əvvəl sözügedən kluba transfer olunan Robert Bobroçki karyerasını erkən bitirməli olub.
Həddindən artıq zəiflik və əzələ inkişafının olmaması səbəbindən tez-tez zədələnən Robert 20 yaşında basketbol karyerasını sonlandırıb.
Onun hekayəsinin belə bitməsi pərəstişkarlarını kədərləndirib.