Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldu əfsanəvi Dieqo Maradonanın adını daşıyan mükafata layiq görülüb. Ronaldu mükafatı 2023-cü il təqvim ilinin bombardiri kimi alacaq. 38 yaşlı portuqaliyalı 54 qola imza atıb. Ronaldu mükafatı yanvarın 19-da Dubayda keçiriləcək “Globe Soccer Awards” mərasimində alacaq.