İngiltərə klubu futbolçusunun satışından 100 milyon funt sterlinq qazanmağı hədəfləyib

İngiltərə klubu futbolçusunun satışından 100 milyon funt sterlinq qazanmağı hədəfləyib
İdman
Oxunma sayı: 7 997
İngiltərənin "Brentford" klubu futbolçusu Ayvan Toninin satışından 100 milyon funt sterlinq qazanmağı hədəfləyib.

"Sky Sports" məlumatına görə, klub rəhbərliyi göstərilən məbləğdən aşağı təklifləri qəbul etmək niyyətində deyil.

27 yaşlı hücumçu ilə "Çelsi" və "Arsenal" komandaları maraqlanır.

Toni 2023-cü ilin mayında qeyri-qanuni idman mərc oyunları oynadığına görə 8 ay futboldan kənarlaşdırılıb. Günahını etiraf edən İngiltərə millisinin üzvü 2024-cü il yanvarın 16-dək diskvalifikasiya olunub.

Forvard 2022/23 mövsümündə bütün yarışlarda "Brentford"un heyətində 35 oyunda 21 qol vurub və 5 məhsuldar ötürmə verib. "Transfermarkt" portalı futbolçunun dəyərini 30 milyon funt sterlinq qiymətləndirib.