“Zirə” klubu yeni transferlə heyətini gücləndirib

“Zirə” klubu yeni transferlə heyətini gücləndirib
İdman
Oxunma sayı: 16 047
“Zirə” yeni futbolçu ilə anlaşıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, “qartallar” Rafael Utziqi heyətinə qatıb.

İyirmi yeddi yaşlı hücumçu ilə 1,5+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, braziliyalı futbolçu karyerası ərzində ölkəsinin “Foz do İqausu”, “Kaskavel”, “Ypiranqa”, “Parana”, “Sianorçe” klublarının şərəfini qoruyub. Ölkəmizdə “Qəbələ”də də çıxış etmiş Utziq son olaraq Cənubi Koreya “Sunqnam Asan”ında çıxış edib.