"Beşiktaş" yeni baş məşqçi ilə müqavilə imzalayıb

"Beşiktaş" yeni baş məşqçi ilə müqavilə imzalayıb
İdman
Oxunma sayı: 7 189
"Beşiktaş" yeni baş məşqçisi Fernando Santuş üçün imza mərasimi keçirib.

Apasport.az xəbər verir ki, "ağ-qaralar" Fernando Santuş ilə 2024-25 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

69 yaşlı mütəxəssis yeni transferlərlə bağlı bunları deyib: "Komandaya bir neçə futbolçu gətirməliyik. Heç kim "Beşiktaş"a tətil etməyə gəlməyəcək. Böyük adlar deyil, keyfiyyətli futbolçular gətirməliyik. Bəzi oyunçular çox keyfiyyətlidir. Ancaq onlar yüksək səviyyəyə çatmaqda çətinlik çəkirlər. Bu, xarakter və nizam-intizamla bağlıdır. Çalışacağıq ki, çox yaxşı oyunçularla müqavilə imzalayaq".

Qeyd edək ki, Santuşun müqavilə detalları ilə bağlı sualdan sonra konfransda gərginlik yaşanıb.