“Qəbələ” sabiq futbolçusunu transfer etdi

“Qəbələ” sabiq futbolçusunu transfer etdi
İdman
Oxunma sayı: 7 223
2023/2024-cü illər mövsümünün ikinci hissəsinə hazırlaşan “Qəbələ” qış transfer dövründə ilk futbolçu keçidini gerçəkləşdirib.
Klubdan verilən məlumata görə, “qırmızı-qaralar” Mozambik millisinin üzvü Klesio Bauku heyətinə qatıb. 29 yaşlı hücumçu ilə 2,5 illik müqavilə imzalanıb.
Təcrübəli vinger 2019/2020-ci illər mövsümündə də “Qəbələ”nin formasını geyinib. Bauk “qırmızı-qara” forma ilə 22 oyunda 3 qol vurub. O, Premyer Liqada 18, Azərbaycan Kubokunda 2 (3 qol), avrokuboklarda 2 matçda meydana çıxıb.
Futbolçu karyerasına "Ferroviariu" klubunda başlayan Klesio "Benfika" (2012-2013), “Benfika B” (2013-2016), “Harrisburq Siti” (2014), “Panetolikos” (2016-2018), “İstanbulspor” (2018-2019), “Zirə” (2020-2021), “Maritimu” (2021-2023), “Maritimu B” (2021) və “Honka” (2023) komandalarının formalarını geyinib. Hücumçu 2011-ci ildən Mozambik yığmasının şərəfini qoruyur. Bauk millidə 46 oyuna 7 qol vurub.