“Zaqreb Open”: Azərbaycanın yeddi sərbəst güləşçisi bu gün mübarizə aparacaq

“Zaqreb Open”: Azərbaycanın yeddi sərbəst güləşçisi bu gün mübarizə aparacaq
İdman
Oxunma sayı: 1 320
Xorvatiyada güləş üzrə “Zaqreb Open” turnirinə bu gün start veriləcək.
“Report”un məlumatına görə, ilk gündə sərbəst güləşçilər mübarizə aparacaqlar.
Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərlik etdiyi Azərbaycan millisinin heyətində bu gün yeddi pəhləvan xalça üzərinə çıxacaq.
Bunlar İslam Bazarqanov (57 kq), Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər ikisi 61 kq), Zirəddin Bayramov (65 kq), Cəbrayıl Qadjiyev (74 kq), Osman Nurmaqomedov və Arseni Cioyevdir (hər ikisi 86 kq).
Qeyd edək ki, yanvarın 11-də yığmanın digər üzvləri Georgi Meşvildişvili və Vaxit Qalayev (hər ikisi 125 kq), həmçinin qadın güləşçi Gültəkin Şirinova (55 kq) mübarizəyə qoşulacaqlar.