“Araz-Naxçıvan” “Sabah”ın futbolçusunu transfer etdi

“Araz-Naxçıvan” “Sabah”ın futbolçusunu transfer etdi
İdman
Oxunma sayı: 6 938
“Araz-Naxçıvan” “Sabah”ın futbolçusu İldar Alekperovu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı hücumçu icarəyə götürülüb. Hər iki cinahda və hücumda oynamaq keyfiyyətinə malik futbolçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın heyətində yer alacaq. O, Naxçıvan komandasında 17 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasında ilk yarıdan sonra 26 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.