“Borussiya” “Mançester Yunayted”ə satdığı futbolçunu geri qaytardı

“Borussiya” “Mançester Yunayted”ə satdığı futbolçunu geri qaytardı
İdman
Oxunma sayı: 6 975
Almaniyanın “Borussiya” (Dortmund) klubu sabiq futbolçusu Ceydon Sançonu geri qaytarıb.
Klubun rəsmi saytı xəbər verir ki, Bundesliqa təmsilçisi 23 yaşlı hücumameyilli yarımmüdafiəçini “Mançester Yunayted”dən cari mövsümün sonunadək icarə əsasında heyətinə qatıb.
Qeyd edək ki, İngiltərə millisinin də üzvü olan Ceydon Sanço “qırmızı şeytanlar”a 2021-ci ilin yayında məhz Dortmund təmsilçisindən keçmişdi. O, daha sonra İngiltərə klubunun baş məşqçisi Erik Ten Haqla mübahisə etdiyi üçün əsas heyətdən kənarlaşdırılmışdı.