“Turan Tovuz” braziliyalı hücumçu ilə müqavilə bağlayıb

“Turan Tovuz” braziliyalı hücumçu ilə müqavilə bağlayıb
İdman
Oxunma sayı: 7 652
“Turan Tovuz” qış fasiləsində ilk transferini gerçəkləşdirib.

Klubun rəsmi saytı xəbər verir ki, Tovuz təmsilçisi Aleks De Souza Alkantaranı heyətinə qatıb.

Braziliyalı hücumçu ilə 2,5 il müddətinə rəsmi müqavilə bağlanıb.

Braziliya “Santos”unun yetirməsi olan 22 yaşlı forvard karyerası ərzində Türkiyənin "Boluspor" və Litvanın “Hegelman” klublarının da formasını geyinib.