Oruc koronavirusdan qoruyur, yaxud risk yaradır?

Oruc koronavirusdan qoruyur, yaxud risk yaradır?
DİN
Oxunma sayı: 418

Bütün müsəlmanların səbirsizliklə gözlədiyi mübarək Ramazan ayına cəmi bir neçə həftə qalıb. İslam dünyası da koronavirusla amansız mübarizədən kənarda deyil.

Bəs, görəsən, koronavirusun dünyanı "ələ aldığı" bir dövrdə oruc tutmaq təhlükəlidirmi? Yaxud, əksinə, orucun virusa qarşı qoruyucu təsiri varmı?

Bu sualı "Fatih Altaylı ilə tək-təkə" verilişinin qonağı olan Yeditepe Universitetinin Xəstəxanasının Tibbi Mikrobiologiya Mütəxəssisi Dr. Aynur Eren Topkaya cavablandırıb.

Oruc koronavirusdan qoruyur, yaxud risk yaradır? - 17 ilin ARAŞDIRMASI GÜNDƏMƏ GƏLDİ- VİDEO

O, 2003-cü ildə oruc tutan insanlar arasında aparılan və dünyanın bir çox tibb saytları tərəfindən dərc olunan araşdırmadan bəhs edərək bildirib ki, Fasiləli Oruc (İntermittent Fasting) insan bədənində immuniteti aşağı salan və koronavirus xəstəliyini daha da ağırlaşdıran stokinləri azaldır.

Ağciyər toxumalarındakı epitelial hüceyrələr daha az stokinlər ifraz etdikdə immun sisteminin "silah"ı sayılan dendrit hüceyrələr güclənir.

17 il öncə edilən araşdırma ürək-damar xəstəlikləri ilə bağlı aparılıb. Belə ki, oruc tutan və tutmayan iki qrup arasında aparılan tədqiqat zamanı iştirakçılardan mübarək Ramazan ayından iki həftə öncə, həmin ayın ortasında və sonunda qan götürülüb.

İmmunitet sistemini zəiflədən stokinlərin Ramazan ayının ortasında və sonunda aşağı olduğu məlum olub.

Lakin Topkaya oruc tutanlara bütün günü ac qalıb iftar zamanı karbohidrat və yağlı yeməklərdən çəkindirərək, daha çox tərəvəz, lifli qidalar və ət kimi proteinli yeməklərə üstünlük verməyi tövsiyə edib.



Qeyd edək ki, Azərbaycanda mübarək Ramazan ayı aprelin 25-i başlayacaq.

big.az