Ramazan ayında məscidlərdən azan səslənəcək? - QMİ-dən AÇIQLAMA

Ramazan ayında məscidlərdən azan səslənəcək? - QMİ-dən AÇIQLAMA
DİN
Oxunma sayı: 382
“Koronavirus pandemiyası dövründə məscidlərdə azanın verilməsi ilə bağlı heç bir qadağa yoxdur”.

Bu fikirləri Modern.az-a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Təşkilat şöbəsinin müdiri Əlirza Qafarov deyib.

QMİ rəsmisi bildirib ki, Ramazan ayının başlanması ilə əlaqədar da məscidlərdə azan veriləcək:

“Məscidlərimizdə azan dünən də verilib, bu gün də verilir, sabah da veriləcək. Azanla bağlı qadağa yoxdur”.

Qeyd edək ki, ölkəmizdə Ramazan ayı aprelin 25-dən başlayır.

Xatırladaq ki, Azərbaycanda koronavirus infeksiyasının törədə biləcəyi təhlükənin qarşısının alınması məqsədilə məscid və ziyarətgahlara giriş-çıxışa məhdudiyyətlər tətbiq edilib.

İddialara görə koronavirus pandemiyası səbəbindən məscidlərdə azan verilməsinə qadağa qoyulub.