Peskovun qızı Ramazan ayında oruc tutmağa hazırlaşır

Peskovun qızı Ramazan ayında oruc tutmağa hazırlaşır
DİN
Oxunma sayı: 415
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta Peskova Rusiyanın Patriarxı Kirili sərt tənqid edib və Ramazan ayı üçün planlarından danışıb.
Yelizaveta Peskova fikirlərini öz “İnstagram” səhifəsində paylaşıb.
O bildirib ki, özünü inanclı sayır amma pravoslav deyil.
Müasir kilsənin roluna toxunan Y.Peskova hesab edir ki, Rusiyada “əsl pravoslavlıq” təhrif olunub və kilsənin fəaliyyəti ziddiyətlidir. Bununla bələ, o, bütün rusiyalı pravoslavları Pasxa bayramı münasibəti ilə təbrik edib.