Karantində Ramazan menyusu: Zəifləməmək üçün 8 QIZIL QAYDA

Karantində Ramazan menyusu: Zəifləməmək üçün 8 QIZIL QAYDA
DİN
Oxunma sayı: 374
Bu il Ramazan ayının başlanması koronavirus epidemiyasının yayıldığı vaxtda təsadüf edir.
Məlumdur ki, bədən immunitetinin gücləndirilməsi və bu məqsədlə qidalanmaya xüsusi diqqət yetirilməsi virusdan qorunmaq yollarından biri olaraq göstərilir. Bu baxımdan, oruc tutmaq istəyən şəxsləri hansı qaydalara əməl edilməsi maraqlandırır.

1.Əvvəla, mütləq obaşdana qalxmalı və yüngül qidalarla qidalanmalısınız.
2.Bədənin maye ehtiyacını ödəmək üçün iftar və obaşdan arasında 2-2,5 litr su içməlisiniz.
3.İftarda yüngül və az yağlı yeməklərlə yavaş-yavaş yeməyə başlamalısınız.
4.Yeməkləri az porsiyalarla yeməlisiniz.
5.Desert olaraq qızardılmış və xəmirdən hazırlanmış məhsullardan uzaq olmalısınız.
6.Yüngül və südlü məhsullardan istifadə etməlisiniz.
7.İftarla obaşdan arasında meyvə yeyə bilərsiniz.
8.Ramazan menyularını hazırlayarkən hər növ qidadan balanslı istifadəyə diqqət etməlisiniz.