Ramazanda israfçılığa yol verməməyin qaydaları - 5 ÜSUL

Ramazanda israfçılığa yol verməməyin qaydaları - 5 ÜSUL
DİN
Oxunma sayı: 385
Bütün müsəlmanlar bolluq və bərəkət ayı Ramazanı ən yaxşı şəkildə keçirməyin təlaşını yaşayır. Hər zamankından daha qayğılı və diqqətli şəkildə qurulan süfrələrdə həm sağlamlıq, həm də ailə büdcəsi üçün israfdan qaçmaq lazımdır.
Bəs Ramazan ayında israfdan qaçmaq üçün nə kimi tədbirlər görə bilərik?
Bunun üçün bir neçə nüansa diqqət olunmasını tövsiyə edirik.
Alış-veriş siyahınızı əvvəldən hazırlayın
Ramazan ayı alış-verişini ümumi şəkildə etməyiniz həm maliyyə baxımından daha sərfəli olar, həm də zaman və enerjinizə qənaət edər. Alış-verişə getməzdən əvvəl hazırlayacağınız və alış-veriş zamanı riayət edəcəyiniz detallı siyahı ilə həm həqiqətən də ehtiyac duyduğunuz məhsulları alarsınız, həm də zaman itirməzsiniz. Bu zaman marketdəki kampaniyalardan da yararlanmaq imkanınız olur.
Bu mağazalardan alış-veriş etməyin -
Alacağınız məhsulların istifadə müddətinə diqqət edin
Un, şəkər, paxlalılar və yağ kimi son istifadə tarixləri uzun olan məhsullarda böyük ölçülərə üstünlük verməyiniz hər zaman daha yararlı olar. Məsələn, 10 ədəd 1 kiloqramlıq paket una nisbətən 1 ədəd 10 kiloqramlıq unun qiyməti daha ucuz düşür. Burada diqqət edilməsi lazım olan nüans məhsulun son istifadə tarixidir.
EvdəQal - Məhsulların son istifadə tarixi nədir? – Diqqətli olun ...
Tez xarab olan məhsulları alarkən diqqət
Ramazan alış-verişi edərkən gündə 2 dəfə qidalanacağınızı unutmayın. Bu iki naharda hər qidadan yetərli qədər qəbul etmək üçün bol çeşid və kiçik porsiyalara üstünlük verəcəksiniz. Buna görə də meyvə-tərəvəz kimi asan xarab olan qidaları daha az almanız məsləhətdir. Bununla həm də köhnə deyil, daha təzə və canlı qidalar almağınıza şərait yaranacaq.

Artıq qalan yeməkləri dəyərləndirin
Xüsusilə, iftar süfrələri hər zaman bol çeşidli olur. Lakin uzun müddət aclıqdan sonra düşünüldüyü qədər yemək yeyilmir və artıq qalır. Bu artıqları imsak süfrəsində faydalı şəkildə dəyərləndirmək üçün alternativlər düşünə bilərsiniz.
Rüyada Sofra Görmek - RuyaTabirleri.com
Sadəcə yeməklərdə deyil, hər şeydə qənaət şərtdir
Ramazan ayının ən gözəl xüsusiyyətlərindən biri də birlikdə oturulan və xoş söhbətlərin keçdiyi iftar süfrələridir. Təbii ki qələbəlik süfrədən gələn çirkli qablar üçün eynisini söyləmək çox da mümkün deyil. Su və yuyucu vasitələrin qənaətinə də diqqət edilməlidir. Bu anlamda doğru yuyucu vasitə seçməyiniz əhəmiyyətlidir.
Qab yumaq ömrü uzadırmış – ARAŞDIRMA | Gənc Ailə