Qafqaz Müsəlmanları İdarəsindən Həcc ziyarəti ilə bağlı AÇIQLAMA

Qafqaz Müsəlmanları İdarəsindən Həcc ziyarəti ilə bağlı AÇIQLAMA
DİN
Oxunma sayı: 393
Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulunun davam etdirilib-etdirilməməsi ilə bağlı, hələ ki, konkret qərar qəbul edilməyib.
Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.
Qeyd olunub ki, koronavirus təhlükəsinə görə Həcc ziyarətinin dayandırılması ilə bağlı, hələ ki, Səudiyyə Ərəbistanı tərəfindən hər hansı bir bildiriş gəlməyib. Səudiyyə Ərəbistanın qərarından asılı olaraq Azərbaycanda da Həcc ziyarətinə sənəd qəbulu ilə bağlı qərar veriləcək.
Hazırda isə sənəd qəbulu dayandırılıb. Əgər Səudiyyə Ərəbistanı bu il Həcc ziyarətinin keçiriləcəyi ilə bağlı qərar versə, Azərbaycanda da sənəd qəbulu davam etdiriləcək, əks halda sənəd qəbulu dayandırılacaq.
Qeyd edək ki, Azərbaycanda karantin rejimi tətbiq olunana qədər 250-dən çox insan Həcc ziyarətinə getmək üçün müraciət edib.