Pakistanda avtobus çaya düşdü: itkin düşənlər var

Pakistanda avtobus çaya düşdü:  itkin düşənlər var
Dünya
Oxunma sayı: 82
Pakistanın Hayber Pahtunhva əyalətində avtobus çaya düşüb. 
17 nəfər sərnişindən ibarət olan avtobusdan yalnız bir nəfərin cəsədi  çıxarılıb.  Hadisə  yerinə gələn axtarış-xilasetmə  işçiləri  digər  16 nəfərin itkin düşdüyünü bildiriblər.  Səlahiyyətli şəxslər itkin düşən sərnişinlərin çay axınına  düşərək öldüyünü təxmin edirlər. 
Bölgədə axtarış qurtarma işləri davam edir.