Alpinistlər Everestdən koronavirusun yeni ştammını gətirdilər - Daha yoluxucudur

Alpinistlər Everestdən koronavirusun yeni ştammını gətirdilər - Daha yoluxucudur
Dünya
Oxunma sayı: 67
Koronavirusun ən təhlükəli mutasiyalarından olan Nepal ştammı artıq Himalay ətrafı ərazidən dünyaya yayılıb. Onu özləri ilə təyyarədə gətirənlər isə Himalaya ekspedisiya edən alpinistlər olub.
Nepaldan Yaponiyaya uçan 13 sərnişində yeni ştamm aşkarlanıb və onlar karantinə alınıb.
Nepal ştammı ilə yoluxma Hindistan, ABŞ, Böyük Britaniyada qeydə alınıb.
Mütəxəssislər hesab edir ki, bu ştammı dünya ölkələrinə Nepaldan alpinistlər yayıb.
Delta K4 adını alan yeni variant hind ştammının bir versiyasıdır, daha yoluxucu və peyvəndlərə dözümlüdür.