"TikTok" çəkən qadın onlarla kişinin hücumuna məruz qaldı

"TikTok" çəkən qadın onlarla kişinin hücumuna məruz qaldı
Dünya
Oxunma sayı: 106
Pakistanda dəhşətli hadisə yaşanıb.  
Parkların birində "TikTok" videosu çəkən qadın onlarla kişinin hücumuna məruz qalıb. Onlar tək olan qadını  mühasirəyə alıb,  bəziləri  hətta qadına təcavüz edib.Əraziyə polis  cəlb olunub.  
Yaranan izdiham qısa zamanda aradan qaldırılıb.  Pakistan polisinin verdiyi  məlumata görə,  hadisəni törədənlərdən 66 nəfərin saxlanılıb, digər şəxslərində  axtarışında olduğu bildirilib.  Məlum olub ki, şəxslər qadına qarşı zorakılıq  edərək,  ondan pul  tələb ediblər. 
Qeyd edək ki, Pakistan "Thomson Reuters" vəqfinin 2019-cu ildə keçirdiyi sorğuda qadınlar üçün dünyanın ən təhlükəli altıncı ölkəsi seçilib.