Ermənilər Şurnux və Vorotan sakinlərini təxliyə etdi

Ermənilər Şurnux və Vorotan sakinlərini təxliyə etdi
Dünya
Oxunma sayı: 90
Ermənistan Şurnux və Vorotan kəndlərində yaşayan çox sayda vətəndaşlarını təxliyə edib.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb. Qafan bölgəsinin qubernatoru Narek Babayan təxliyəyə rəğmən hələ də kəndlərdə bəzi ermənilərin qaldığını deyib:
“Şurnuxun Gorusa gedən alternativ yolu yoxdur, lakin oranı Qafanla birləşdirən bir yol var. Yolun açılması ilə bağlı danışıqlara yenidən başlamaq lazımdır, amma hazırda bilmirəm başlayıblar, ya yox. Bu ərazidə yaşayan insanlar təxliyə edilib, amma evlərində qalmaq istəyənlər var".
Xatırladaq ki, Ermənistan tərəfi bu gün yaydığı açıqlamada Azərbaycan Silahlı Qüvvələrinin Gorus-Qafan yolununu iki istiqamətdən bağladığını bildirmişdi.