İtaliya təyyarəsi Kabil hava limanında ATƏŞƏ TUTULDU

İtaliya təyyarəsi Kabil hava limanında ATƏŞƏ TUTULDU
Dünya
Oxunma sayı: 72
Əfqanıstandan təxliyyə həyata keçirən İtaliya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Kabil aeroportundan havaya qalxarkən atəşə məruz qalıb.
Bu barədə ölkənin “Agi” agentliyi məlumat yayıb.
Təyyarənin göyərtəsində jurnalistlər və 98 mülki şəxs olub.Atəşin təyyarə havaya qalxdıdan dərhal sonra aeroportun kənardan və ya yaxınlıqdakı hündürlükdən həyata keçirildiyi güman edilir.
Sərnişinlərdən və ekipaj üzvlərindən heç kim xəsarət almayıb. Təyyarə Küveytə yola düşüb, oradan sərnişinlər digər hava gəmisi ilə İtaliyaya aparılacaq.