COVID-19 xəstəxanasında yanğın - 10 nəfər ÖLDÜ

COVID-19 xəstəxanasında yanğın - 10 nəfər ÖLDÜ
Dünya
Oxunma sayı: 61
Şimali Makedoniyanın Tetovo şəhərində koronavirus xəstəxanasında yanğın baş verib. 
"TASS " xəbər verir ki, hadisə nəticəsində ən azı 10 nəfər ölüb. Bu barədə ölkənin Səhiyyə naziri Venco Filipçe öz "Twitter" hesabında bildirib.
"Hazırda yanğında 10 nəfərin öldüyü təsdiqləndi, lakin bu rəqəm arta bilər", -deyə Filipçe yazıb.