Ermənistan müxalifəti hər həftə "parlament döyüşləri" hazırlayacaq

Ermənistan müxalifəti hər həftə "parlament döyüşləri" hazırlayacaq
Dünya
Oxunma sayı: 71
Ermənistan Milli Məclisində yer alan müxalifət, qarşıdakı sessiyada yeni "döyüş"ə hazırlaşır.
Bu barədə ölkənin "Hraparak" nəşri məlumat yayıb. 
Baş nazirin rəhbərlik etdiyi hökumət rəsmiləri çərşənbə günü Milli Məclisdə iştirak edəcək. Bildirilib ki, erməni Parlamentinin qanun-qayda prosedurlarına görə, hər çərşənbə hökumətlə məclisdə sual-cavab günüdür.
Müxalif "Ermənistan" Fraksiyası bütün çərşənbələri "yaddaqalan" etməyə və hökumət üzvlərinin cahilliyini və bacarıqsızlığını göstərməyə hazırlaşır. Lakin onların qarşıdurma yaratmaq üçün hansı yola əl atacağı hələ ki, məlum deyil.