Müğənni üçün çətir tutan komandir vəzifəsindən azad olundu

Müğənni üçün çətir tutan komandir vəzifəsindən azad olundu
Dünya
Oxunma sayı: 16
Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən müğənni Bülənt Ərsoyun Anıtqəbir muzeyinə səfəri zamanı əlində çətir tutan əsgərlə bağlı başladılan istintaq yekunlaşıb. 
Türkiyə mətbuatı xəbər verir ki, qərara əsasən, Anıtqəbir və qrup komandiri olan şəxs vəzifələrindən azad edilib.
Qeyd edək ki, yağışlı havada əsgərin B.Ərsoy üçün çətir tutaraq dayanması sosial media izləyiciləri tərəfindən tənqid olunmuşdu. Onların çoxu dövlət məmurunun işinin çətir tutmaq olmadığını bildirmişdi.