Avstriya Ukraynaya yeni humanitar yardım ayırıb

Avstriya Ukraynaya yeni humanitar yardım ayırıb
Dünya
Oxunma sayı: 6 371
Avstriya 42 milyon avro həcmində növbəti humanitar yardım ayırıb.

"RBK Ukraina” xəbər verir ki, bu barədə Avstriya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, həmin məbləğin ən azı 15 milyon avrosu qadınlar və uşaqlar, 5 milyonu isə Moldovadakı ukraynalılar üçün nəzərdə tutulub.

Xatırladaq ki, daha əvvəl Avropa Komissiyası Ukraynaya 200 milyon avroluq humanitar yardım ayırmışdı.