Şolz: "Sanksiyalar yalnız Ukraynanın razılığı ilə ləğv oluna bilər"

Şolz: "Sanksiyalar yalnız Ukraynanın razılığı ilə ləğv oluna bilər"
Dünya
Oxunma sayı: 6 219
"Rusiya Federasiyasına qarşı sanksiyalar yalnız Ukrayna ilə razılaşdırılaraq ləğv edilə bilər".
Bunu Almaniya kansleri Olaf Şolz bildirib.
"Rusiya prezidenti Vladimir Putin ukraynalı kişilər və ukraynalı qadınların başı üzərindən məcburi sülhə nail olmağı hədəfləyir. Amma o, Ukrayna ilə razılığa gəlməlidir. Biz yalnız Ukrayna ilə razılaşdıqca sanksiyalarımızı götürmək istəyir və götürə biləcəyik.
Məncə, Kremldə bir çoxları hələ də bunu başa düşmürlər. Bunun Rusiya üçün dağıdıcı nəticələri olacaq”, - deyə Şolz alman jurnalına müsahibəsində vurğulayıb.