Lukaşenko Rusiyada Putinlə görüşəcək

Lukaşenko Rusiyada Putinlə görüşəcək
Dünya
Oxunma sayı: 17 280
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya səfər edəcək.
TASS xəbər verir ki, Kollektiv Müdafiə Təşkilatı Müqaviləsinin iclasında iştirak etmək üçün Aleksandr Lukaşenko mayın 16-da Moskvaya səfər edəcək.
Səfər çərçivəsində Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
"Ölkələrin liderləri regionda və dünyada mövcud vəziyyətin aktual problemləri haqqında fikir mübadiləsi aparacaq, yaranan müxtəlif çağırış və təhdidlərə qarşı birgə cavab tədbirlərini müzakirə edəcəklər", Belarus prezidentinin mətbuat xidməti bildirib.