Ukrayna ordusu Xarkovda Rusiya ilə sərhədə çatdı: Zelenskiyə raport verildi - FOTO

Ukrayna ordusu Xarkovda Rusiya ilə sərhədə çatdı: Zelenskiyə raport verildi - FOTO
Dünya
Oxunma sayı: 1 487
Ukrayna Silahlı Qüvvələrinin bölmələri Xarkov vilayətində Rusiya ilə dövlət sərhədinə çatıb.
127-ci ərazi müdafiə briqadasının 227-ci batalyonunun hərbçiləri Prezident Volodimir Zelenskiyə döyüş tapşırığının yerinə yetirilməsi barədə raport veriblər.
Döyüşçülər mayın 15-də Rusiya Federasiyası ilə sərhədə çıxıblar. Onlar Xarkov vilayətinin şimalının Rusiya hərbçilərindən təmizlənməsi əməliyyatı zamanı əldə edilən strateji uğurdan danışıblar.
Xatırladaq ki, bu yaxınlarda Xarkov vilayətinin hərbi administrasiyası Ukrayna Silahlı Qüvvələrinin İzyum istiqamətində əks-hücum əməliyyatına başlaması barədə məlumat yaymışdı. Bura əyalətin ən qaynar nöqtəsidir./Milli.az