SEPAH İraqdakı terrorçulara yenidən zərbələr endirdi

SEPAH İraqdakı terrorçulara yenidən zərbələr endirdi
Dünya
Oxunma sayı: 6 259
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraq Kürdüstanında ölkənin şimal-qərb sərhədləri yaxınlığında fəaliyyət göstərən terrorçu qrupların mövqelərinə növbəti zərbə endirib.
İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunları səhər saatlarında Qərbi Azərbaycan vilayətinin sərhəd bölgələrində terrorçu qrupların bazalarını artilleriya və pilotsuz uçuş aparatlarından istifadə etməklə növbəti dəfə atəşə tutub.
Keçən çərşənbə günü İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunları İraqın şimalında terrorçu qruplaşmaların qalalarını bombalamışdı.
İslam İnqilabı Keşikçiləri Korpusu Quru Qoşunlarının komandanı bildirib ki, İraq Kürdüstanının şimal bölgəsində terrorçu qrupların mövqelərinə 73 ballistik raket atılıb.
Qeyd edək ki, sentyabrın 24-dən SEPAH hər gün İraq Kürdüstanında ölkənin qərb sərhədləri yaxınlığında fəaliyyət göstərən terrorçu qrupların mövqelərinə zərbələr endirir. İran dəfələrlə İraq Kürdüstanına xəbərdarlıq edib ki, onun şimal-qərb sərhədləri boyunca terrorçu qrupların mövcudluğuna və fəaliyyətinə dözməyəcək və bu ərazilər İslam Respublikasına qarşı çıxan terrorçuların mərkəzinə çevrilərsə, ölkə buna sərt cavab verəcək.