Misirin Cənubi Sinay əyalətində 5 bal gücündə zəlzələ baş verib. Bu barədə ölkənin Milli Astronomiya və Geofizika Tədqiqat İnstitutu açıqlama yayıb. Açıqlamada səhər saatlarında baş verən zəlzələnin episentrinin Cənubi Sinay əyalətinin Et-Tur şəhəri olduğu bildirilib. İlk təsbitlərə görə, 9,61 kilometr dərinlikdə baş verən zəlzələdə can itkisi olmayıb.