Türkiyənin müdafiə naziri Hulusi Akar ordunun zəlzələdə gördüyü zərər barədə danışıb.
Türkiyə mətbuatın xəbərinə görə, müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin 3 şəhidinin olması barədə məlumat verib. “Türkiyə Sillahlı Qüvvələri olaraq verdiyimiz itkiləri müəyyənləşdirmək üçün yoxlamalara davam edirik. Təəssüflə xəbər verirəm ki, 3 şəhidimiz və yaralılarımız var. Ordu hissələrində yoxlamalar davam edir”,- deyə o bildirib.